Auditor (jurnal)
"Auditor" (rus. Аудитор) — Rusiyada elmi jurnal, audit haqqında ilk dövri nəşrlərdən biri. 1994-cü ildən nəşr olunur. Auditorlar və məsləhətçilər, mühasiblər, vergi və maliyyə xidmətlərinin işçiləri, bütün mülkiyyət formalı müəssisələrin rəhbərləri, müəllimlər, elmi işçilər və iqtisadi ixtisaslar üzrə tələbələr üçün nəzərdə tutulmuşdur. 2010–2011-ci illər üçün Rusiya Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının elmi jurnallarının siyahısına daxil edilmişdir. Burada elmlər doktoru və namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyaların əsas elmi nəticələri dərc edilməlidir. Rusiya Elm İstinad İndeksinə daxildir.